Kriminal

Bakıda aptekdə iki nəfər bıçaqlandı

Bakıda aptekdə iki nəfər bıçaqlandı

Bakıda aptekdə iki nəfər bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu, M.Hadi küçəsində yerləşən aptekdə baş verib.

Şəhər sakini 1980-ci il təvəllüdlü Azər Səmədov qarnından, Yardımlı rayon sakini, 1999-cu il təvəllüdlü Natiq Abbasov isə ayaq və kürəyindən bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni paytaxt sakini, 1977-ci il təvəllüdlü Mehdixan Cəfərovun törətdiyi məlum olub.

Həmin şəxsin saxlanılmas üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.(qafqazinfo.az)

D
demokrat.az