Aqrar-sənaye kompleksi

Azərbaycanda Qarabağ atlarının satışına başlanılacaq

Azərbaycanda Qarabağ atlarının satışına başlanılacaq

Kənd Təsərrüfatı Nazirliyinin bu gün Qobustanda istifadəyə verdiyi müasir heyvandarlıq kompleksində Qarabağ atlarının satışına başlanılacaq.

Bunu “Report” açıqlamasında nazirliyə məxsus “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.

“Bunun üçün “Qarabağ Atçılıq Zavodu” MMC ilə müqavilə bağlanılacaq və cins Dilboz atlarının satışı həyata keçiriləcək”, - deyə o qeyd edib.

Demokrat.az

D
demokrat.az