"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirdiyi ərazidə qanunsuz fəaliyyəti göz qabağındadır. Məhz Ermənistan müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazilərinə gəlməsi, burada separatizmə dəstəyi təbii ki, Rusiya sülhməramlıların müşayiəti altında olub. Hətta, o, rus sülhməramlılarının maşınında, onların müşayiəti altında Qarabağa gəlib. Əlbəttə ki, bu yolverilməzdir. Məhz ötən gün Şuşa ətrafında ermənilərin təxribatı da sülhməramlıların nəzarəti altında keçirildi. Görünür, müəyyən dərəcədə Azərbaycana təzyiqlər etməyə çalışırlar, amma düşünürəm ki, bu proseslər Azərbaycanın əlini daha da gücləndirəcək. Rusiya sülhməramılı qüvvələrinin fəaliyyəti ilə bağlı ciddi şəkildə ölçü götürüləcək".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
M.Əsədullazadə qeyd edib ki, ümumiyyətlə, rus sülhməramlılarının fəaliyyəti artıq Azərbaycanın milli təhlükəsizliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edir: "10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinin yerinə yetirilməməsi, erməni silahlı birləşmələrinin çıxarılmaması məhz Rusiyanın siyasətinin nəticəsidir. Hazırda Rusiya sülhməramlıların arxasında gizlənən bu siyasi terrorçu qruplaşmalar təxribatla məşğul olurlar. Ona görə də Azərbaycan tərəfi Rusiya ilə ciddi danışaqlar aparmalı və bu məsələləri yoluna qoymalıdır". 
Aynurə Demokrat.az


