Gündəm

Deputat: “Möhtəşəm atəşfəşanlıq Xankəndidən, Qərbi Zəngəzurdan göründü”

Deputat: “Möhtəşəm atəşfəşanlıq Xankəndidən, Qərbi Zəngəzurdan göründü”

“Dünən Azərbaycan tarixinin ən şanlı günlərindən olan Zəfər Gününün birinci ildönümü idi. Əlbəttə ki, bu, zəfər Azərbaycan xalqını qalib xalqa çevirən bir Zəfər Günüdür”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat: “Möhtəşəm atəşfəşanlıq Xankəndidən, Qərbi Zəngəzurdan göründü”

Deputat bildirib ki, bu zəfər Azərbaycan xalqının, dövlətinin gücünü bir daha bütün dünyaya bəyan etdi:

“Bu tarixi gün ordumuzu qalib orduya, dövlətimizi qalib dövlətə çevirən, tarixi ədalətimizi bərpa etdiyimiz gündür. Bu zəfərlə biz tarixi nailiyyətə çatdıq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız Cənab Prezidentimizin rəhbərliyi ilə rəşadətli ordumuz şücaəti və qəhrəmanlığı sayəsində tarixi qələbəni əldə etdi. Dünən Şuşada bir sıra möhtəşəm tədbirlər keçirildi. Müzəffər Ali Baş Komandan Cənab Prezidentimiz rəşadətli silahlı qüvvələr qarşısında çıxış etdi və bir sıra vacib məqamlara toxundu.

Həmçinin, dünən Şuşada Zəfər Gününə həsr olunmuş möhtəşəm atəşfəşanlıq həyata keçirildi. Bu, atəşfəşanlıq bütövlükdə bütün tarixi Azərbaycan torpaqlarından- Xankəndidən, Qərbi Zəngəzurdan və demək olar ki, hər bir tərəfdən göründü. Bu bir daha onu göstərdi ki, bəli, Azərbaycan torpaqlarının əsl sahibləri geri dönüb. Buranı qururlar və yenidən bərpa edirlər. Zəfər Gününü də belə möhtəşəmliklə qeyd edirlər”.

Aynurə Demokrat.az

D
demokrat.az