Gündəm

"Hərdən düşünürəm ki, bu qələbəni ifadə etməyə sözün qüdrəti yetməz..."

Hərdən düşünürəm ki, bu qələbəni ifadə etməyə sözün qüdrəti yetməz...

Bu gün Azərbaycan xalqının keşməkeşli tarixində ən parlaq, ən yaddaqalan, min illər boyu millətimizin qürur və iftixarla yad edəcəyi bir möhtəşəm günü- Zəfər gününn birinci ildönümünü yaşayırıq. Ötən bir ildə bizlər danışmaqdan, sizlər yazmaqdan doymadınız, yorulmadınız, həm də bütün dünya şanlı ordumuzdan, müzəffər ali baş komandanımızdan, silahlı qüvvələrimizin misilsiz rəşadətindən yazdı. Hərdən düşünürəm ki, bu qələbəni ifadəetməyə sözün qüdrəti yetməz. Dünya tarixində buna bərabər çox az sayda hadisələr olub.

Tarixdə nəhəng imperiyaların yaranması, dünyaya meydan oxuması və çöküşü olub. Bir sıra nəhəng quruluşların çöküşünü bizim nəsil öz gözləri ilə görüb. Amma 10 milyonluq bir xalqın dünyanı idarə edən güclərin iradəsinə qarşı çıxaraq öz miskin taleyinə boyun əymək istəmədiyini, son nəfərinədək ölməyə hazır olduğunu göstərdiyi nümunə xatırlamıram. Bu qüruru, bu xoşbəxtliyi bizi yaşadanlara bir ömür boyu minnətdarlıq borcumuz var.

Amma gəlin özümüzü aldatmayaq və hər şeyin bitdiyini, bundan sonra hər şeyin çox rahatlıqla cərəyan edəcəyini düşünüb qəflət yuxusuna getməyək. Unutmayaq ki, təkcə fitnəkar, revanşist düşmənlərlə deyil, bu millətin hulqumunuburaxmaq istəməyən qlobal güclərlə qiyamətə qədər savaşımız davam edəcəkvə ayaqda qalmaq, işğaldan qurtarılan torpaqlarımızı dirçəltmək, dövlətimizin, ordumuzun qüdrətini daha yüksəklərə qaldırmaq üçün hər birimiz bir əsgər olmaqda davam etməliyik.

Mən bizə bu möhtəşəm qələbəni bəxş edən gəncliyə səslənirəm ki, bu ölkənin, bu millətin gələcəyi onların əlində, onların cavabdehliyindədir. Bu vətən onlara əmanətdir. Əmanətə zamanı gələndə yenidən sahib çıxmalı və düşmənin gözünü oymaqda bir an tərəddüd etməməlidirlər. Eşq olsun gəncliyimizə, eşq olsun millətimizə!

Vahid Əhmədov, istiqlalçı millət vəkili

D
demokrat.az