07 noyabr 2021-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları Salyan rayonunun Vətən Müharibəsi Şəhidləri əsgər Samir Elşən oğlu Mustafayevin, əsgər Nurəddin Əfrəddin oğlu Şıxəliyevin və əsgər Raqil Rafiq oğlu İsmayılovun məzarlarını ziyarət etmişlər.
Ziyarət zamanı Vətən Müharibəsi Şəhidlərinin məzarlarına gül dəstələri qoyulmuş , ruhlarına dualar oxunmuşdur.


