Sosial

Salyanda Zəfər Gününə həsr edimiş inşa müsabiqəsi keçirildi — FOTOLAR

Salyanda Zəfər Gününə həsr edimiş inşa müsabiqəsi keçirildi — FOTOLAR

Noyabrın 1-dən 4-dək Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, Vətən müharibəsi barədə gənclərin biliyini artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcı, istedadlı gəncləri üzə çıxarmaq məqsədi ilə Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə karantin rejimi qaydalarına riayət edilməklə Salyan şəhər 2 saylı tam orta məktəbin kitabxanasında ümumtəhsil məktəblərinin şagirdləri arasında Zəfər Gününə həsr edimiş “Böyük Qayıdış” adlı inşa müsabiqəsi keçirilib.

Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra müsabiqə iştirakçıları paylanılmış xüsusi vərəqlərdə 2 saat vaxt ərzində inşa yazı işlərini yazaraq tamamlayıblar.

İnşa müsabiqəsində yazılmış əlyazmalar münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra noyabrın 4-də müsabiqəyə yekun vurulub

Yekun nəticədə müsabiqədə III yeri Xurşud kənd ümumi orta məktəbin şagirdi Zərbəliyeva Ayşən, II yeri şəhər 2 saylı tam orta məktəbin şagirdi Orucova Zəhra, I yeri şəhər 2 saylı tam orta məktəbin şagirdi Miriyeva Mirzeynəb qazanıb. Çadırlı kənd ümumi orta məktəbin şagirdi Fərzəliyeva Ramilə, şəhər 1 saylı məktəb-liseyin şagirdi İsmayılova Püstəxanım və şəhər 6 saylı tam orta məktəbin şagirdi Mütəllimova Nuranə inşa yazı müsabiqəsinin fərqlənmiş iştirakçıları seçiliblər.

Noyabrın 4-də inşa müsabiqəsinin qalibləri və fərqlənmiş iştirakçıları ilə Salyan rayon Gənclər və İdman İdarəsində görüş keçirilib. Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tədbir iştirakçılarını salamlayaraq müsabiqənin keçirilmə məqsədlərindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni - Zəfər Gününü yazdı. Vətən müharibəsini şərtləndirən amillər, Ordumuzun şücaəti ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyacaq.Şəhidlərimizin xatirəsi əbədi olaraq xalqımızın qəhrəmanlıq salnaməsində yaşayacaq.

Sonda qaliblər və müsabiqənin fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

Demokrat.az

D
demokrat.az