Xarici siyasət

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir — Vaşinqton Qafqazdakı səfirləri niyə İrəvana çağırıb?

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir — Vaşinqton Qafqazdakı səfirləri niyə İrəvana çağırıb?

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson noyabrın 2-dən 4-dək ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçiriləcək.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə birlikdə amerikalı həmsədr Endryu Şofer də qatılacaq.

E. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.

Demokrat.az

D
demokrat.az