Dünya

Rusiyada virusa yoluxmayla bağlı vəziyyət pik həddə çatdı

Rusiyada virusa yoluxmayla bağlı vəziyyət pik həddə çatdı

Rusiyada son sutka ərzində koronavirusa 40 993 yoluxma halı qeydə alınıb.

Bu pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 8 513 790 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 1 158 nəfər vəfat edib, 27 115 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 238 538, sağalanların sayı isə 7 358 539 nəfər təşkil edir.

D
demokrat.az