Region

Tbilisi meri seçkilərində "exit-poll"un nəticələri açıqlandı

Tbilisi meri seçkilərində exit-pollun nəticələri açıqlandı

Gürcüstanın hakimiyyətə yaxın "İmedi" telekanalının sifarişi ilə paytaxt Tbilisi şəhərini meri postuna keçirilən seçkilər üçün keçirilən "exit-poll"un nəticələri açıqlanıb. Demokrat.azxəbər verir ki, ilkin nəticələrə görə, hakim Gürcü Arzusu partiyasının namizədi Kaxa Kaladze öndə gedir. Bu "exit-poll" nəticələrinə görə, Kaladze 57.2%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 42,8 % səs toplayıb. Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”da isə Kaladzenin 49 %, Meliyanın 51 % səs qazandığı qeyd olunub./Modern.az

D
demokrat.az