Dünya

Romada "G-20"liyin sammiti başladı

Romada G-20liyin sammiti başladı

İtaliyanın paytaxtı Romada dünyanın iqtisadiyyatı ən inkişaf etmiş 20 ölkəsinin - “G-20”liyin sammiti başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, toplantı iki gün davam edəcək.

İclasa ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi və başqaları qatılıb.

Rusiya Prezidenti Vladimir Putin sammitdə video-konfrans formatında iştirak edəcək.

Zirvə toplantısının gündəliyində koronavirusa qarşı mübarizə, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın inkişafı və iqlim böhranına dair məsələlər yer alıb.

Demokrat.az

D
demokrat.az