Sosial

11 yaşlı qızla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

11 yaşlı qızla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq İmişli rayonunda hamilə qalan yetkinlik yaşına çatmayan uşaqla bağlı açıqlama verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

D
demokrat.az