Kriminal

Biləsuvar sakini 4 həmkəndlisini bıçaqladı

Biləsuvar sakini 4 həmkəndlisini bıçaqladı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovu bıçaqlayıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az