Dünya

Nigeriyada həbsxanaya hücum: 800 məhbus divarı partladıb qaçdı

Nigeriyada həbsxanaya hücum: 800 məhbus divarı partladıb qaçdı

Nigeriyanın Oyo vilayətində həbsxanaya silahlı hücum baş tutub.

Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

Hücumdan nəticəsində həbsxanadan 800-dən çox məhbus qaçıb. Daha sonra qaçanlardan 250-dən çoxu saxlanılıb.

Məlumata görə, silahlı şəxslərlə mühafizəçilər arasında toqquşma yaşanıb, bu vaxt məhbuslar dinamit partladaraq divarı dağıdıb və qaçıblar.

Qeyd olunur ki, bu, son 1 il ərzində ölkədə həbsxanalara edilən 3-cü silahlı hücumdur.

D
demokrat.az