Quba şəhərində “Nərgiz Plaza” sarayında Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı və şəhid ailələrinin üzvləri, qazilərin iştirakı ilə ehsan tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov çıxış edərək Quba sakinlərinin 44 günlük müharibədə iştirakından danışıb, rayonda şəhid ailələri və qazilərlə bağlı respublikada və rayonda görülən işləri qeyd edərək şəhidlərə allahdan rəhmət diləyib, qazilərin tezliklə sağalmasını arzu edib.
Demokrat.az


