2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 8197,3 min baş qoyun və keçi, 2666,6 min baş iribuynuzlu mal-qara, ocümlədən 1289,2 min baş inək və camış mövcud olub.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Məlumata görə, cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 52,7 min ton (keçən ilin yanvar-sentyabraylarında 51,8 min ton) quş əti və 485,2 milyon ədəd (keçən ilin yanvar-sentyabr aylarında 601,7 milyon ədəd) yumurta istehsalolub.
Ümumilikdə cari ilin 1 oktyabr vəziyyətinə bu müəssisələr üzrə quşların sayı 11945,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 139 ədəd yumurta alınıb.
Demokrat.az


