Gündəm

Polad Həşimovun plakatını yanğından xilas edən şəxs: "Elə bil Allah mənə güc verdi" — VİDEO

Polad Həşimovun plakatını yanğından xilas edən şəxs: Elə bil Allah mənə güc verdi — VİDEO

Bir neçə gün əvvəl səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub.

Yanğın zamanı ərazidə olan şəxslərdən biri mağazanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb.

Görüntülərinin yayılması ilə günün qəhrəmanınaçevrilən şəxsİTV-yə danışıb:

“Yanandan sonra yaxınlaşdım. Əvvəl buranı duman basdı. Hamı qaçırdı, partlayış vardı. Gördüm, şəkil yanacaq, qaçdım onu çıxarmağa. Əvvəl gücüm çatmadı. Sonra elə bil Allah mənə güc verdi”.

D
demokrat.az