Rusiyanın Yekaterinburq şəhərində 16 nəfər metanol spirtindən zəhərlənmədən ölüb.
Demokrat.azbildirir ki, bu barədə TASS xəbər verir.
"Vahid Rusiya" Partiyasının Sverdlovsk vilayəti üzrə layihə koordinatoru Dmitri Çukreyev bildirib ki, hadisə şəhər bazarlarından birində baş verib.
Hadisə ilə bağlı artıq bazar sahibi saxlanılıb.


