Bir neçə gün əvvəl Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi. Daha sonra Prezident İlham Əliyev isə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Qanun layihəsinə görə, artıq oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunacaq. Bu il 30-cu il ili qeyd olunacaq Müstəqilliyin Bərpasının Günü həm də Vətən müharibəsinin, ərazilərin işğaldan azad olunmasının ilk ildönümü kimi də qeyd olunur.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Demokrat.az-a verdiyi açıqlamasında Azərbaycan xalqının Müstəqilliyin Bərpası Gününü fərqli sevinclə qeyd etdiyini bildirib: 
29 ildir bu günü nisgillə, kədərlə keçirmişik, torpaqlarımızın işğalda olması sevincimizi tam yaşamağımıza imkan verməyib. Hər il bu əlamətdar gündə arzulamışıq ki, növbəti il bu tarixi günü torpaqları işğaldan azad edilən xalq kimi həmin torpaqlarda qeyd edək. Bu mənada bu il qeyd edəcəyimiz 30 illik yubiley bizim üçün daha böyük mənada böyük sevinclə müşahidə edilir. İstər Azərbaycandakı vətəndaşlarımız, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu günü daha qürurla, böyük sevinclə qeyd etməyə hazırlaşır. Keçən il 44 günlük müharibədə qazandığımız zəfər bir növ müstəqilliyimizin qarantıdır. Dünya dövlətləri və təşkilatları ərazi bütövlüyümüzü tanısa da, torpaqlarımızın işğalda olması bizi məyus etməklə yanaşı, həm də sevincimizə kölgə salırdı. Bu baxımdan, Müstəqilliyin Bərpası Günü ilə müharibədəki qələbəmiz bir-birilə vəhdət təşkil edir. Bu zəfər müstəqilliyimizin bərpasının nidası oldu. Müstəqillik və ərazi bütövlüyü ifadələri artıq bir-birini tamamlayır. Biz müstəqilliyimizi asan qazanmamışıq. Biz soyqırımı, faciələr yaşayaraq, 20 Yanvar kimi hadisədən keçərək müstəqilliyimizi əldə edə bildik. Bu mənada, uzun illər kədər, acı yaşayan xalq bu il ilk dəfə fərəh və qürurla 18 oktyabrı qeyd edəcək”. 
“Müstəqillik və ərazi bütövlüyü dedikdə, mən şəhidlərimizi, qazilərimizi xatırlayıram. Həm müstəqilliyimiz, həm də ərazi bütövlüyümüz onların canı, qanı ilə əldə edilib. Buna görə də, bugünkü hisslərimizi, qürurumuzu onlara borcluyuq və bu borc əbədidir. Vətənimizin hər qarışının şəhidlərimiz tərəfindən bizə əmanət buraxıldığını unutmamalıyıq”. 
“Biz uzun illər 18 oktyabrı Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gün kimi qeyd edirdik. Torpaqlar işğal altında olarkən, ərazi bütövlüyü tam təmin olunmadığı halda o günün təntənəsini duymaq, dərindən hiss etmək çətin idi. Hər il ümid edilirdi ki, torpaqlar işğaldan azad olunsun və bu əlamətdar günü daha ovqatla qeyd edək. 
F.Əhmədova qeyd edir ki, bu günün və bu günü bizə yaşadanları, miras qoyanları xatırlamaq və xatırlatmaq əhəmiyyətlidir: 
Aygül Qarayeva Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Demokrat.az


