Hərbi

Müdafiə Nazirliyi: Partlayış işləri ilə əlaqədar narahatlığa əsas yoxdur

Müdafiə Nazirliyi: Partlayış işləri ilə əlaqədar narahatlığa əsas yoxdur

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Demokrat.az

D
demokrat.az