Sosial

“Füzuli işğaldan azaddır” mövzusunda yaradıcılıq müsabiqəsi keçirildi — FOTOLAR

“Füzuli işğaldan azaddır” mövzusunda yaradıcılıq müsabiqəsi keçirildi — FOTOLAR

Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş “Füzuli işğaldan azaddır” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilib.

Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov müsabiqə iştirakçılarını salamlayaraq bildirib ki, uzun illər həsrətində olduğumuz müqəddəs torpaqlarımız düşmən tapdağından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını müzəffər ordumuzun döyüşçüləri düşməndən döyüş meydanında aldı.

Daha sonra müsabiqədə vətənpərvərlik mövzusunda şeirlər söylənilib, musiqi səsləndirilib, rəsmlər və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyənləşdirilib.

Rəsm əl işləri üzrə isə III yeri Cahangirova Nərmin, II yeri Məlikova Kifayət, I yeri isə Tağıyeva Tahirə tutub.

Şeir kompazisiyaları üzrə III yeri İbrahimova Zeynəb, II yeri Ələsgərov Sadiq, I yeri isə Qəniyeva Məhbubə tutub.

Yaradıcılıq müsabiqəsinin qalib və fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.

Demokrat.az

D
demokrat.az