Gündəm

İşdən çıxarılan icra başçısına yeni vəzifə verildi

İşdən çıxarılan icra başçısına yeni vəzifə verildi

Prezident İlham Əliyevin bu gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdiyi İbrahim Mustafayevə yeni vəzifə verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, İbrahim Mustafayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə müdir müavini təyin olunub.

Qeyd: İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Demokrat.az

D
demokrat.az