İdman

Boks üzrə dünya çempionatının yeri və vaxtı açıqlanıb

Boks üzrə dünya çempionatının yeri və vaxtı açıqlanıb

Qadınlar arasında boks üzrə dünya çempionatının yeri və vaxtımüəyyyənləşib.

Demokrat.az Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın əvvəlindəTürkiyənin İstanbul şəhərində keçiriləcək.

Dəqiq tarixlər daha sonra açıqlanacaq.

AİBA prezidentiUmarKremlev mükafat fondunun kişilərin turniri ilə eyni olacağını bildirib: "Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medal qazanan boksçu isə 25 min dollar əldə edəcək".

Qeyd edək ki, kişilər arasında dünya çempionatı 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.

D
demokrat.az