Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib. Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, o, məsələni Minsk qrupu çərçivəsində həll etməyə hazır olduqlarını açıqlayıb. “Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etməyə hazırdı”, - deyə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. O bu açıqlamanı çexiyalı həmkarı Yakub Kulxaneklə birgə mətbuat konfransında söyləyib. Mirzoyan Ceyhun Bayramovla və həmsədrlərlə Nyu-Yorkda BMT sessiyası çərçivəsində baş tutan görüşü barədə də danışıb. “Nyu-York görüşlərində Ermənistan Minsk qrupu çərçivəsində Qarabağ danışıqlarını məlum prinsip və elementlər əsasında bərpa etməyə hazır olduğunu bildirib”. Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan XİN rəhrəbi Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş baş tutmuşdu.
Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib? — Detallar AÇIQLANDI
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


