Azərbaycanda zəlzələ olub.
Bu barədə Demokrat.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:28-də Quba stansiyasından 6 km qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.1, dərinliyi 10 km olan zəlzələ hiss olunmayıb.


