Gündəm

Çavuşoğlu: "Zəfərin ilk addımı bir il öncə bu gün atıldı" — FOTO

Çavuşoğlu: Zəfərin ilk addımı bir il öncə bu gün atıldı — FOTO

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 27 sentyabr Anım Günü ilə əlaqədar öz “Twitter” hesabında paylaşım edib.

“Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il əvvəl bu gün atıldı!

Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun! Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə anıram”, - M.Çavuşoğlu qeyd edib.

D
demokrat.az