Gündəm

"Azərbaycan İrandan fərqli olaraq, heç bir dövlətin ərazi bötövlüyünə hörmətsizlik etmir" — AÇIQLAMA

Azərbaycan İrandan fərqli olaraq, heç bir dövlətin ərazi bötövlüyünə hörmətsizlik etmir — AÇIQLAMA

“İran 30 ilə qədər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana hər cür yardımlar edib. İstər 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən başladılmış İkinci Qarabağ savaşı dövründə, istərsə də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra İranın Ermənistana yardımları davam etməkdədir. Təbii ki, İranın "xeyirsevərliyi" bununla bitmir, eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, müvəqqəti olaraq rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdə hələ də varlığını sürdürməyə çalışan qondarma rejimə də dəstəyini davam etdirməkdədir”.

Bu fikirləriDemokrat.az-a açıqlamasında “Atlas” Araşdırmaları Mərkəzinin analitiki, siyasi şərhçi Samir Hümbətov qeyd edib.

Azərbaycan İrandan fərqli olaraq, heç bir dövlətin ərazi bötövlüyünə hörmətsizlik etmir — AÇIQLAMA
O, İranın Azərbaycan sərhədlərinə qanunsuz giriş etdiyini bildirib:

“Son bir ayın statistikasına əsasən, İrana məxsus 58 yük maşını Laçın koridoru vasitəsi ilə Azərbaycanın Qarabağ ərazisinə qeyri-qanuni giriş edib. Görünən odur ki, iranlı rəsmilər qonşu dövlətin ərazisinə qeyri-qanuni daxil olmağı unudub, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə təşkil etdiyi hərbi təlimlərə köklənməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü pozaraq qanunsuz şəkildə Qarabağa yük daşıyan İran İslam Respublikasının XİN mətbuat katibi Səid Xatibzadə deyir ki, Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanunidir. Keçirilən təlimlərlə bağlı açıqlama verən Xətibzadə əlavə edib ki, “Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq”.

Azərbaycan İrandan fərqli olaraq heç bir dövlətin ərazi bötövlüyünə hörmətsizlik etmir və heç bir dövlətin ərazi bütövlüyünü qeyri-qanuni şəkildə pozmur. Xəzərdə hərbi təlimlərin keçirilməsinə gəlincə, Azərbaycan öz ərazilərinə daxil olan dəniz qoşunlarında da hərbi təlimlər keçir və buna görə də kiməsə hesabat vermək yaxud da kimdənsə icazə almaq məcburiyyətində deyil. Azərbaycan və Türkiyə digər ordu növlərində olduğu kimi dəniz sularında da hərbi təlim keçirmək hüququna malikdir. İran araşdırma aparmaq niyyətindədirsə, öncə öz maşınlarının qeyri-qanuni yollarla Azərbaycanın Qarabağ bölgəsinə girişini araşdırsın”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az