Hərbi

"Ermənistan Azərbaycanın döyüş əməliyyatına başlaya biləcəyini anlamalıdır" — AÇIQLAMA

Ermənistan Azərbaycanın döyüş əməliyyatına başlaya biləcəyini anlamalıdır — AÇIQLAMA

“Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan fəaliyyət göstərən Xüsusi Komandanlıq qrupunun əvvəllər daha aşağı rütbəli zabitlərlə təmsil olunduğu ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Əslində, bu proses əvvəllər fərqli formada həyata keçirilib və indi davam edir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ermənistan Azərbaycanın döyüş əməliyyatına başlaya biləcəyini anlamalıdır — AÇIQLAMA
Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlıq qrupuna 4 generalın təyinatına toxunan ekspert Laçındakı təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib: “Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyə daimi olaraq Azərbaycan Ordusu üçün məsləhətçi xidməti göstərib. Bu proses bu gün də davam edir, lakin “Şuşa bəyannaməsi”ndən sonra, görünür, Xüsusi Komandanlıq Qrupu daha geniş fəaliyyət göstərəcək, yeni vəzifələr icra edəcək. Hazırda həm Laçında təlimlər davam edir, həm də Bakıda dəniz piyadalarının birgə təlimi həyata keçirilir. Yəni, Azərbaycan Türkiyə ilə daha intensiv şəkildə, rus sülhməramlılarının nəzarətində olan ermənilərin yaşadığı ərazilərə yaxın zonalarda təlimlərini davam etdirir. Bu, həm Ermənistana, həm separatçı rejimin qalıqlarına, həm də Ermənistanı bu məsələlərdə dəstəkləyən ölkələrə məqsədlərimizlə bağlı aydın mesajdır. Bu təlimlər hərbi-siyasi təzyiq vasitəsi kimi işğalçı ölkənin imzalanan birgə bəyanatın şərtlərini yerinə yetirmək üçün istiqamətləndirmək məqsədi daşıyır”. Ekspert bildirib ki, Ermənistan Azərbaycanın ərazidə döyüş əməliyyatına hər an başlaya biləcəyini anlamalıdır: “Təlimlərdə bir çox istiqamətlər, o cümlədən terror qruplaşmalarının zərərsizləşdirilməsi geniş yer alır. Bu, separatçı rejimin qalıqlarının, erməni silahlılarının təxribat addımlarının qarşısını almaq üçün əməliyyatların istənilən an keçirilə biləcəyinin göstəricisidir”. Aygül Qarayeva Demokrat.az

D
demokrat.az