Dünya

Venesuela ABŞ-a neft satmaqdan imtina etdi

Venesuela ABŞ-a neft satmaqdan imtina etdi

ABŞ-ın sanksiyaları fonunda Venesuelanın “PDVSA” dövlət neft şirkəti eksportun istiqamətinə yenidən baxmaq qərarına gəlib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə şirkətin texniki direktoru və OPEK-in Venesuela üzrə nümayəndəsi Ronni Romera bəyanat verib. Onun sözlərinə əsasən, Venesuela bundan sonra ABŞ-a yox, Asiya və Avropa ölkələrinə neft satacaq.

Onun sözlərinə əsasən, ABŞ-ın sanksiyaları Çin və Rusiyanı maraqlandırmır, bu iki dövlət Venesuelanın sadiq partnyoru kimi qalmaqda davam edirlər.

Qeyd edək ki, Venesuela gündə ABŞ-a 500 min barrel neft satırdı.

D
demokrat.az