Region

Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina etdi

Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina etdi

Ermənistan Milli Məclisi Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.

Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.

Qeyd edək ki, bu təşəbbüslə müxalif “Hayastan” fraksiyası çıxış etmişdi.

Demokrat.az

D
demokrat.az