İdman

MDB Oyunları: Azərbaycan karateçisi erməni rəqibini məğlub etdi

MDB Oyunları: Azərbaycan karateçisi erməni rəqibini məğlub etdi

Azərbaycan karateçisi Əminağa Quliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında ilk görüşünə çıxıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Geqam Nikoqosyan ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Quliyev 1/4 finala yüksəlib.

Demokrat.az

D
demokrat.az