Gündəm

Hərbi ekspert: "Laçında Azərbaycan-Türkiyə hərbi təlimləri həm də mesaj xarakteri daşıyır"

Hərbi ekspert: Laçında Azərbaycan-Türkiyə hərbi təlimləri həm də mesaj xarakteri daşıyır

“Bir neçə il əvvəl Azərbaycan Silahlı Qüvvələri “Qaraheybət” Təlim Mərkəzində təlim keçəndə Ermənistan və onun havadarları hay-küy qaldırdılar. Ermənistan tərəfində təlimlərə görə narahatlıq açıq-aydın görünürdü. Cəmi bir neçə il sonra biz bu təlimləri Türkiyə ilə birgə işğaldan azad edilmiş ərazilərimizdə, Laçında keçiririk”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib.

O, Azərbaycanın Türkiyə ilə birgə Laçında keçirdiyi təlimlərin tarixi hadisə, böyük uğur olduğunu qeyd edib:

Hərbi ekspert: Laçında Azərbaycan-Türkiyə hərbi təlimləri həm də mesaj xarakteri daşıyır

“Laçında Azərbaycan-Türkiyə hərbi təlimləri həm də mesaj xarakteri daşıyır. Birgə təlimlər həm Ermənistana, həm də qeyri-qanuni silahlı birləşmələrə və digər qüvvələrə ərazilərin Azərbaycanın bir hissəsi olduğunu bir daha sübut edir. Azərbaycan əraziyə nəzarət etdiyini, istədiyi an lazım olan addımları ata biləcəyini göstərdi. Düşünürəm ki, Ermənistan Laçındakı təlimlərdən lazımi mesajı ala biləcək. Azərbaycan təlimlərlə göstərdi ki, proseslərin sülhlə başa çatması üçün Ermənistan lazımi addım atmasa, məsələləri güc yolu ilə də həll edə bilərik. Bizim bunun üçün güclü müttəfiqlərimiz, lazımi qüvvəmiz var. Bu, Ermənistan üçün vacib xəbərdarlıqdır”.

Ekspert bildirir ki, Türkiyənin Laçındakı təlimlərdə iştirakı həm də region dövlətlərinə mesajdır:

“Azərbaycan-Türkiyə birgə təlimləri cəmiyyətdə təbii olaraq ruh yüksəkliyi yaradır. Türkiyənin təlimlərdə birbaşa iştirakı region ölkələrinə ciddi xəbərdarlıqdır. Türkiyə bununla post-münaqişə dövründə də Azərbaycanın yanında olduğunu, müttəfiqlik əlaqələrinin yüksək səviyyədə davam etdiyini bildirdi. Azərbaycanın hazırda müzakirə edilən məsələlərin həlli üçün atacağı addımlarda müttəfiqlərinin dəstəyini görəcək”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az