Maliyyə

Gələn ilin büdcəsi oktyabrın 15-dən gec olmayaraq MM-ə təqdim ediləcək

Gələn ilin büdcəsi oktyabrın 15-dən gec olmayaraq MM-ə təqdim ediləcək

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

D
demokrat.az