İdman

Azərbaycan millisi Ermənistana qalib gəldi

Azərbaycan millisi Ermənistana qalib gəldi

Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB oyunlarında mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, ilkoyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığmamız ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib. Azərbaycan komandası 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib. Qeyd edək ki, sabah millimiz dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığmamız son turda Qazaxıstanla üz-üzə gələcək. Qaliblər sabah müəyyənləşəcək.

D
demokrat.az