Hərbi

"Laçında Azərbaycan-Türkiyə birgə təlimi regionun təhlükəsizliyi üçün vacibdir" — Hərbi ekspert

Laçında Azərbaycan-Türkiyə birgə təlimi regionun təhlükəsizliyi üçün vacibdir — Hərbi ekspert

“Azərbaycan Ordusu müəyyən vaxtlarda təlimlər həyata keçirir. Növbəti belə təlim Laçında Türkiyə ilə birgə başladı. Təlimlərdə müxtəlif qoşun növləri üzrə döyüş əməliyyatlarının aparılması, döyüş texnikası vərdişlərinin artırılması əsas məqsəddir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Laçında Azərbaycan-Türkiyə birgə təlimi regionun təhlükəsizliyi üçün vacibdir — Hərbi ekspert
O, Laçında Azərbaycan və Türkiyə birgə təliminin iki dövlət arasında razılaşmaya uyğun həyata keçirildiyini və regionun təhlükəsizliyi üçün vacib olduğunu qeyd edib: “Laçın Azərbaycanın ayrılmaz hissəsidir və digər bölgələrimiz kimi, orada da təlimlərin keçirilməsi lazımdır. Azərbaycan hazırda Laçının böyük hissəsinə nəzarət edir, digər hissələrinə nəzarət də yalnız bizim iradəmizlə həyata keçirilir. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir və bu təlimlər qarşılıqlı anlaşma əsasında həyata keçirilir. Bu təlimlər regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir. Təlimlərdə Azərbaycan Ordusu öz gücünü artırır, müasir döyüş texnikasını mənimsəyir. Bu baxımdan, Türkiyə ilə təlimlər böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilən digər ərazilərimizdə də bu cür təlimlərin şahidi olacağıq”. Ekspert bildirib ki, Azərbaycanın hazırda istənilən təxribat və ya təhdid xarakterli addıma cavab vermək üçün kifayət qədər gücü var: “Azərbaycan müharibədən sonrakı dövrdə də bir sıra təlimlər keçirib. Ordunun döyüş texnikasının artırılması, müasirləşməsi hər zaman vacib məsələlərdən olub. Azərbaycan Ordusunun ərazisinə hansısa təhdid və ya təxribatlara cavab vermək üçün kifayət qədər gücü var. O başqa məsələdir ki, Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi”ndə ərazilərimizə təhdid olacağı təqdirdə dövlətlərin bir-birinə dəstəyini ehtiva edən maddə var. Lakin hazırda Qarabağda Türkiyənin də iştirak edə biləcəyi hansısa genişmiqyaslı əməliyyatın olması mümkün deyil. Digər tərəfdən, Ermənistan müharibədən sonra hələ də özünə gələ bilməyib. Üstəlik, Ermənistan tərəfi başa düşür ki, “Dəmir yumruq” hər zaman onun başı üzərindədir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az