Əfqanıstanın şimalındakı Pəncşir əyalətində radikal "Taliban" hərəkatına tabe olmayan Milli Müqavimət Cəbhəsinin sözçüsü Fahim Daşti bölgədə davam edən qarşıdurmalar zamanı öldürülüb.
Demokrat.azPublika.az-a istinadla xəbər verir ki, bu barədə "The Khaama Press" məlumat yayıb.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Daha əvvəl Daşti öz "Twitter" səhifəsində Taliban döyüşçülərinin demək olar ki, tamamilə əyalətdən qovulduğunu yazmışdı.


