Dünya

Zelenskiyə qarşı sui-qəsdin TƏFFƏRÜATI

Zelenskiyə qarşı sui-qəsdin TƏFFƏRÜATI

Ukrayna Təhlükəsizlik Xidmətinin zəng mərkəzinə ölkə prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması barədə məlumat daxil olub. Xidmətin etimad xəttinə zəng edən şəxs özünü Georgiyev Vladimir Aleksandroviç kimi təqdim edib. O, bildirib ki, Ukrayna prezidentinə qarşı sui-qəsdin təşkili və Ali Radanın binasına hücum barədə danışılanları eşidib.

Mərkəzdən həmin nömrəyə cavab zəngi zamanı isə dəstəyi bir xanım qaldırıb.

O, Kiyev-Peçerski monastrının işçisi olduğunu bəyan edib. Qadının sözlərinə görə, zəng edən psixi pozğunluqları olan şəxsdir və o, tez-tez məbədin meydançasında gəzişir.

Hazırda naməlum şəxs axtarışdadır. Məsələ ilə bağlı araşdırma aparılır. (oxu.az)

D
demokrat.az