AMEA-nın alimi, tanınmış tənqidçi vəfat edib. Demokrat.az xəbər verir ki, akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Xanverdi Turaboğlu dünyasını dəyişib. 3 sentyabr 1967-ci il təvəllüdlü alim sentyabrın 3-də, öz doğum günündə həyatını itirib. O, doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində dəfn edilib. X.Turaboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Allah rəhmət etsin!


