Gündəm

Səməd Seyidov: "Gorus-Qafan yolunun bağlanması Azərbaycanın qarşı tərəfə sərt cavabıdır"

Səməd Seyidov: Gorus-Qafan yolunun bağlanması Azərbaycanın qarşı tərəfə sərt cavabıdır

“Azərbaycanın proseslərlə bağlı mövqeyi açıq və tam şəffafdır. Prezident Azərbaycanın mövqeyini həm xalqa müraciətlərində, həm də beynəlxalq səviyyədə görüşlərdə dəfələrlə bəyan edib. Hansı qüvvə tərəfindən olursa olsun, Azərbaycanın yaratdığı reallığa başqa gözlə baxalacaqsa, bu istiqamətdə təxribatlar törədiləcəksə, Azərbaycan tərəfi lazım olan bütün addımları atacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Deputat Gorus-Qafan yolunun bağlanmasının Azərbaycanın qarşı tərəfə sərt cavabı olduğunu qeyd edib:

Səməd Seyidov: Gorus-Qafan yolunun bağlanması Azərbaycanın qarşı tərəfə sərt cavabıdır

“Bəzi qüvvələr tərəfindən ansısa formada regionda sabitliyin pozulması istiqamətində cəhdlər edilir. Bu cəhdlər davam etsə, onlar Azərbaycanın ən sərt qərarı ilə üz-üzə qalacaqlar. Necə ki, indiyə qədər Azərbaycan bu cür addımları atıb və indi də bu addımlarını davam etdirir. Gorus-Qafan yolunun bağlanması Azərbaycanın qarşı tərəfə sonuncu cavabı deyil. Məsələ ilə bağlı müvafiq addımlar atmaq Azərbaycanın beynəlxalq hüququdur. Bütün beynəlxalq hüquq normalarına əsaslanaraq, provakasiyalara cavab veririk. Təxribatlar, kiçik provakasiyalar davam etsə, biz də cavab verməkdə davam edəcəyik. Ermənistandakı bəzi qüvvələr yeni reallıqlarla barışmaq istəmir, lakin elə mənzərə yaranıb ki, barışmaq istəyib-istəməmələrindən asılı olmayaraq, onu qəbul etmək məcburiyyətindədirlər. Azərbaycanın öz gücü ilə yaratdığı bu mənzərəni heç bir güc dəyişdirə bilməz. Prezidentin Şuşada iştirak etdiyi tədbirlər, ordan səsləndirdiyi fikirlər buna konkret sübutdur”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az