“2020-ci il məhz avqustun 26-da nəhayət mənim üçün məlum oldu ki, müharibədə məğlub olmalıyıq”.
Demokrat.azxəbər verir ki, bunu erməni jurnalist Nairi Hoxikyan “Facebook” səhifəsində yazıb.
“2020-ci il məhz avqustun 26-da ozamankı Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan, 2012-ci ildən başlamış işi başa çatdırmaq və peyk almaq, yaxud kirayət götürmək lazım olduğuna dair çoxlu sayda iddialarıma və faktlarıma baxmayaraq, son olaraq və rəsmi şəkildə bildirdi ki, bizə peyk lazım deyil.
Hakimiyyətimiz isə 2020-ci ilin məhz bu günü, avqustun 26-da peyk proqramını dəfn etdi, təxminən 5000 erməni əsgərin ölümünə səbəb oldu”, - deyə o qeyd edib./Ordu.az


