Region

“Ermənistan öz enerji sisteminin şaxələndirilməsi imkanından məhrum olur”

“Ermənistan öz enerji sisteminin şaxələndirilməsi imkanından məhrum olur”

“Dövlətlərarası yolun rəqibin nəzarəti altına keçməsi enerji təhlükəsizliyimiz üçün də ən ciddi problemlər yaradır”.

Demokrat.azxəbər verir ki, bunu erməni siyasi xadim Vahe Davtyan “Facebook” səhifəsində yazıb.

“Beləliklə, İran, Ermənistan, Gürcüstan və Rusiya arasında qarşılıqlı axını təmin etmək üçün hazırlanan Şimal-Cənub beynəlxalq elektrik enerjisi dəhlizi artıq sual altına düşür.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra İran-Ermənistan elektrik xəttinin 3-cü hava xəttinin çox yavaş templərlə çəkilməsinin, Ermənistan-Gürcüstan xəttinin inşa edilməsi layihəsinin isə ümumiyyətlə dondurulmasının səbəbi bəlkə də budur.

Ermənistan öz enerji sisteminin şaxələndirilməsi imkanından məhrum olur, şaxələndirmə olmadan təhlükəsizlik yoxdur”, - deyə o qeyd edib./Ordu.az

D
demokrat.az