Sosial

Ac saxlanıldığı deyilən alpaka Şamaxıdakı fermaya yerləşdirildi — VİDEO

Ac saxlanıldığı deyilən alpaka Şamaxıdakı fermaya yerləşdirildi — VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpakanın şəkilləri yayıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həmin heyvanın olduğu zoobulvar ərazisinə baxış keçirilib və onun saxlanma şəraitinin qənaətbəxş olmadığı aşkar edilib.

Demokrat.az xəbər verir ki, alpakanın açıq hava şəraitində yaşamalı olduğu sahibkara bildirildikdən sonra onun şəxsi təşəbbüsü ilə heyvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fonduna təqdim olunub.

Xüsusi avtomobillə Şamaxıda yerləşən Alpaka fermasına gətirilən erkək fərd xüsusi bölməyə yerləşdirilib.

Bir müddət xüsusi bölmədə bəslənilən alpaka daha sonra digər alpakaların yanına buraxılacaq.

Demokrat.az

D
demokrat.az