Gündəm

Sahib Məmmədov: "Ermənilər qəbirləri qızıl axtarmaq məqsədi ilə dağıdıb"

Sahib Məmmədov: Ermənilər qəbirləri qızıl axtarmaq məqsədi ilə dağıdıb

“1992-2020-ci illər arası dövrdə Ermənistanın nəzarətində olan ərazilərdəki qəbristanlıqlarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir.”

Demokrat.az xəbər verir ki, bu, Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun BMT-yə təqdim etdiyi hesabatda yer alıb. Sahib Məmmədov bildirir ki, yerli əhalinin əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbirləri qazılaraq onların cəsədində olan dişlər çıxarılmışdır:

“İndiyədək 30 000 artıq qəbirin qızıl axtarmaq məqsədi ilə dağıdıldığı müəyyən edilmişdir. Hazırda müəyyənləşmə prosesi davam edir. Ermənistan tərəfində bu qəbirqazma işlərini ironik olaraq “gold fever” adlandırırdılar.”

Demokrat.az

D
demokrat.az