"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Demokrat.az-ın məlumatına görə, komandamız Şotlandiyada "Aberdin"ilə qarşılaşıb.
Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.
Bununla da, "Qarabağ" ardıcıl 8-ci mövsüm avrokuboklarda qrup mərhələsində yüksəlib. Təmsilçimiz Çempionlar Liqasının qrupunda bir, Avropa Liqasında 6 dəfə mübarizə aparıb.
26 avqust
Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
“Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:3 Qollar: Toral Bayramov, 8 (0:1), Malinovski, 18 (0:2), Zubir, 72 (0:3), Ferqyuson, 90+2 (1:3) Baş hakim: Harald Lexner (Avstriya) Aberdin. “Pittodri” stadionu İlk oyun – 0:1
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.
Demokrat.az


