Dünya

Kabil hava limanı yaxınlığında partlayışlarda 40 nəfər ölüb — YENİLƏNİB

Kabil hava limanı yaxınlığında partlayışlarda 40 nəfər ölüb — YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildəki hava limanının yaxınlığında baş verən partlayışlar nəticəsində 40 nəfər həlak olub.

Demokrat.az-ın"Əl-cəzirə"yə istinadən xəbərinə görə,ölənlər arasındaABŞ-ın dörd dəniz piyadası da var.

Ən azı üç amerikalı əsgər yaralanıb.

Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

19:12 Kabil hava limanı yaxınlığında partlayış baş verib.

Demokrat.az "Əl-cəzirə"yə istinadən xəbər verir ki, partlayışda azı 13 nəfər həyatını itirib. Onlar arasında uşaqlar və taliblər də var. Ən azı 70 yaralının olduğu bildirilir.

Bundan başqa, ABŞ-ın 3 hərbçisinin yaralananlar sırasında olduğu açıqlanıb.

Zamiq Demokrat.az

D
demokrat.az