Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Demokrat.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Bildirilib ki, hərbçinin meyitinin qalıqları Cəbrayıl rayonunda aşkar olunub. Meyitin şəxsiyyəti məhkəmə-tibb ekspertizadan sonra müəyyənləşdiriləcək.
Bununla da, Qarabağda tapılan erməni meyitlərinin sayı 1649-a çatıb.


