Kriminal

Yeniyetmə tanışının fotolarını montaj etdi və “WhatsApp”da yaydı — Dəhşətli cinayətin təfərrüatı

Yeniyetmə tanışının fotolarını montaj etdi və “WhatsApp”da yaydı — Dəhşətli cinayətin təfərrüatı

Ağcabədi rayonunda 2003-cü il təvəllüdlü Kamil İsmayılov tanışı və həmyerlisi Sənan Rüstəmovu bıçaqlayaraq öldürməyə cəhd edib.

Demokrat.az-ın xəbərinə görə, Kamil İsmayılov 2019-cu ilin aprelin əvvəllərində tanışı Sənan Rüstəmovun ona məxsus fotoşəkili xüsusi proqram vasitəsi ilə gülüş doğuracaq formada montaj edib, fona məzəli musiqi əlavə etməklə “WhatsApp” proqramında üzv olduqları qrupa yerləşdirməsindən hiddətlənib.

O, Sənan Rüstəmov barəsində təhqiredici ifadə işlətdiyinə görə aralarında mübahisə yaranıb. Yaranmış mübahisəni Sənan Rüstəmovun dəvəti ilə 9 aprel 2020-ci ildə, saat 18.30-da Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən dalanda aydınlaşdıran zaman zərərçəkmiş şəxsin ondan işlətdiyi söyüşləri üzərinə götürməsi və bunu “WhatsApp” proqramındakı qrupda bəyan etməsi ilə bağlı tələbindən əsəbləşib.

Bu zaman Kamil İsmayılov sonuncunun bu hərəkətlərini şəxsiyyətinin alçaldılması kimi qəbul etdiyi üçün qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Kamil İsmayılov cib bıçağı ilə Sənan Rüstəmovun həyat üçün mühüm orqanların yerləşdiyi nahiyələrə zərbə endirib.

Zərərçəkmiş şəxs hadisə yerində olan şəxslər tərəfindən vaxtında xəstəxanaya çatdırılıb və ona ixtisaslı tibbi yardım olunduğu üçün həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Kamil İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil İsmayılov 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Kamil İsmayılov və onun qanuni nümayəndəsi, atası Fazil İsmayılov apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş olunub.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə verilən şikayət təmin olunmayıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az