“Azərbaycanlı hərbçilərin Əfqanıstandakı fəaliyyəti dünyaya sülhməramlıların davranışı ilə bağlı dərs oldu. Azərbaycanlı sülhməramlılar hərəkətləri, peşəkarlığı ilə sülhməramlı necə olmalıdır, bunu göstərirlər”. Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib. Azərbaycanlı sülhməramlılarının Əfqanıstakı yüksək peşəkarlıq və insanlıq davranışı ilə bağlı danışan politoloq, Azərbaycan hərbçilərinin bu bölgədə qalacağını düşünür: “Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətindən narazı olduğumuz bir dövrdə azərbaycanlı hərbçilər Əfqanıstanda öz missiyalarına, sülhməramlı kimi vəzifələrinə sadiq olduqlarını göstərirlər. Azərbaycanlı sülhməramlı qüvvələrinin fəaliyyəti digər ölkələr və beynəlxalq birliklər tərəfindən də yüksək qiymətləndirilir. Onların fəaliyyəti ilə bağlı yayılan fotolar, videolar dünya ictimaiyyətinin diqqətini cəlb edir. Əfqanıstanda insanlıq faciəsi yaşanır. Azərbaycanlı sülhməramlı hərbçilərinin belə həssas bir məqamda yüksək fəaliyyəti göz önündədir. 
Aygül Qarayeva Demokrat.az


