Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov “Spiegel”ə verdiyi müsahibədə Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani haqqında maraqlı fikirlər səsləndirib.
Demokrat.az xəbər verir ki, o Qaninin şəxsi görüşlərdə həmişə ölkədəki sülh prosesini müzakirə etməkdən imtina etdiyini bildirib.
“Bəyənmədiyim tək şey bu idi ki, o sülh prosesi haqqında danışmaq istəmirdi… Həmişə mövzunu dəyişirdi”,-Jirnov deyib.
Səfir, prezidentlə iki dəfə danışıq apardığını və ikitərəfli iqtisadi əlaqələr mövzusuna toxunduğunu, ancaq söhbət sülh prosesinə gəldikdə eks-prezident mövzunu dəyişdiyini xatırladıb. Eyni zamanda rusiyalı səfir Qanini təhsilli və təcrübəli bir insan olaraq xarakterizə edib.


