"Operativ Qərargah düşünməliydi ki, teatrlar açılandan sonra köhnə tamaşaları yada salmaq üçün ən azından 20 gün, 1 ay vaxt lazımdır. Əgər sentyabrın 1-i teatrlar açılsa, bu o deməkdir ki, biz sentyabrın 20-dən sonra tamaşaları oynamağa başlayacağıq. İkinci mövsüm gəlir ki, biz teatrsızıq. İndi başa düşürəm məzuniyyət vaxtıdır, teatr mövsümü deyil. Amma qətiyyən bu haqda düşünmək istəmirlər deyəsən. Teatı, kinoteatrı, mədəniyyət ocaqlarını ən son ana saxlamaqlarının nə məqsədi, nə də ki, səbəbi mənə aydın deyil. Ticarət mərkəzlərindən, toylardan, diskotekalardan, gecə klublarından çoxmu yayır xəstəliyi teatr? Mənə məntiqsiz gəlir, teatrda ən azından məsafəli şəkildə otuzdurmaq olar tamaşaçıları. Bizim Gənc Tamaşaçılar Teatrının 300-350 tamaşaçı zalı varsa bu 150 tamaşaçı deməkdir. İnşallah ki, inanıram həm Mədəniyyət Nazirliyi, həm də Operativ Qərargah düşünəcəklər ki, teatrlar fəaliyyətə başlasın. Bu çox vacibdir" Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış rejissor Nicat Kazımov deyib. O daha sonra əlavə edib. 
"Teatr ticarət mərkəzlərindən, diskotekalardan, gecə klublarından çoxmu yayır xəstəliyi?"
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


